Əsas Səhifə > Ana xəbər / Güney Press > Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu

Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu


12-06-2025, 11:28

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə polkovnik-leytenant rütbəsi verdiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, araşdırmaçı-jurnalist Əfqan Muxtarlının yazdığına görə, 27 yaşlı Məhəmməd 2019-cu ildə DSX-da leytenant rütbəsi ilə xidmətə başlayıb və 6 ilə polkovnik-leytenant rütbəsinə layiq görülüb.

Məhəmməd Quliyev həm də 2023-cü ildə Ruben Vardanyanı sərhədi keçmək istəyərkən saxlayan şəxs kimi təqdim edilmişdi.


Geri qayıt