Əsas Səhifə > Ana xəbər / Güney Press > Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb
Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb11-06-2025, 00:52 |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi "Azercell Telekom" MMC-dən ümumilikdə 84.612,8 manat dəyərində telekommunikasiya xidmətləri alıb. 32gun.az-ın məlumatına görə, qurum 24.480 manat məbləğində telekommunikasiya xidmətlərinin satın alınması, əlavə olaraq isə 60.132,8 manat dəyərində 4G rabitə ilə əlaqədar MPLS şəbəkəsi üzrə xidmətlərin satın alınması üçün Azercell-lə müqavilə imzalayıb. Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırovdur. Geri qayıt |