Əsas Səhifə > Ana xəbər / Güney Press > Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi10-06-2025, 08:49 |
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar elan etdiyi tender ləğv olunub. Pravda.az-ın xəbərinə görə, qərarda qeyd olunub ki, qalib təchizatçını seçmək mümkün olmayıb. Buna səbəb isə texniki yanlışlıqdır. Satınalmanın dəyəri 182 807 AZN olub. Geri qayıt |