Əsas Səhifə > Ana xəbər / Güney Press > 'Bolt'dan taksi sifariş etdik və...
'Bolt'dan taksi sifariş etdik və...Bu gün, 06:26 |
"Görəsən, bu dəfə doğrudan da o maşın gələcək?" Musavat.com xəbər verir ki, bu sualın formalaşması "Bolt" kimi beynəlxalq platformaların Azərbaycan seqmentində yaşananlara əsaslanır. Bu gün gedəcəyimiz məkana tez çatmaq üçün "Bolt"dan taksi sifariş etdik. Sürücü olduğumuz yerə çatdığını qeyd etsə də, tətbiqdə göstərilən maşını bir neçə dəqiqə axtarmaq məcburiyyətində qaldıq. "Maşını niyə tapa bilmədik" sualının cavabı isə çox bəsitdir. Çünki sürücü "Bolt" tətbiqində qeydiyyatda olduğu avtomobillə işləmək əvəzinə fərqli marka, rəng, nömrəli avtomobillə çalışır. Sürücüdən səbəbini soruşduqda isə problemin şirkətdən qaynaqlandığını bildirdi. Taksi şirkətləri ilə problem yaşayan təkcə biz deyilik. İstifadəçi Zeynəb Səfərzadə sifariş etdiyi çox taksidən narazıdır. O deyir ki, dəfələrlə tətbiqdə taksinin "40 dəqiqəyə çatacaq" bildirişi gəlir və 10-15 dəqiqə gözlədikdən sonra sifariş sürücü tərəfindən ləğv olunur. Kartla ödəniş isə başqa bir problemdir. Sürücülər bu üsulla ödənişi qəbul etmək istəmir, ya da müştərini sifarişi ləğv etməyə məcbur edirlər. İlhamə Hünbətova deyir ki, ödənişi kartla olduğu üçün çox zaman gedişini sürücü ləğv edir. Onun sözlərinə görə, sürücü sifarişi icra etsə də, ondan ləğv etməsini istəyib. Bütün bu şikayətləri - taksi kimi istifadə olunan maşınların düzgün qeydiyyata alınmaması, uzaq məsafələrdə olan taksilərin yönləndirilməsi, kartla ödəniş zamanı sürücü narazılıqları "Bolt" şirkətinin mətbuat xidmətinin əməkdaşı Nigar Kazımovaya yönləndirdik. Sorğumuza veriləcək cavabı təqdim edəcəyik. Geri qayıt |