Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın kilsə ilə savaşı...
Paşinyanın kilsə ilə savaşı...Bu gün, 05:54 |
Paşinyanın kilsə ilə açıq mübarizəyə girməsi nədən xəbər verir? O, hansı ictimai və ya xarici dəstəyə arxalanır? Ümumiyyətlə, bu qarşıdurma Paşinyana nə vəd edir? Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, sözügedən qarşıdurma təkcə dini qurumla siyasi lider arasında fikir ayrılığı deyil, bunun ciddi siyasi məzmunu da var: “Münaqişənin kökləri 2018-ci ildən başlayır. Paşinyan hakimiyyətə gəldikdən sonra köhnə elitanı və ona bağlı qurumları dəyişdirməyə, korrupsiyanı aradan qaldırmağa və dövlətin siyasi kursunu yeniləməyə başladı. Ondan əvvəl Ermənistan əsasən Rusiyayönlü siyasət yürüdürdü, Paşinyan isə Qərbpərəst mövqe sərgiləməyə başladı. Erməni Apostol Kilsəsi uzun illər Ermənistanın ənənəvi və ideoloji dayaqlarından olub və əvvəlki hakimiyyətlə sıx bağlı idi”. A.İsayevin sözlərinə görə, kilsənin ictimai-siyasi proseslərə qarışmasından sonra Paşinyanla kilsə arasında münasibətlərdə gərginlik yaranıb: “Kilsə mitinqlər təşkil edir, xüsusən Qarabağdakı məğlubiyyətdən sonra Paşinyanı əraziləri təhvil verməkdə günahlandırırdı. Paşinyan isə kilsənin köhnə sistemin qoruyucusu rolunu tərk etməsini istəyirdi. Kilsə də öz növbəsində Paşinyanı milli və dini dəyərləri dağıtmaqda ittiham edir. Geri qayıt |