Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi
Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildiDünən, 16:59 |
Şükür Fəxrəddin oğlu İsgəndərov “AZSIĞORTA” ASC-nin Riskləri İdarəetmə Komitəsinin kənar müstəqil üzvü təyin edilib. Pravda.az-ın xəbərinə görə, bu barədə Direktorlar Şurası qərar qəbul edib. O, indiyədək “Kapital Bank” ASC, “Turan Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də risklərin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Hazırda “Baku Steel Company” QSC-də Risklərin idarə olunması və daxili nəzarət şöbəsinə rəhbərlik edir, həmçinin “Azmikroinvest” BOKT-un Audit Komitəsinin sədri və Müşahidə Şurasının üzvüdür. Qeyd: Ş.İsgəndərov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin kürəkənidir. Xatırlatma: “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100 %-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H.İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də 2019-cu ildən "AFB Bank" ASC-nin 99,64 %-lə əsas səhmdarıdır. Geri qayıt |