Əsas Səhifə > Ana xəbər / Güney Press > İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir

İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir


4-06-2025, 17:44

TikTok sosial şəbəkəsinin fenomenlərindən olan “Baboş”a son model “Range Rover” hədiyyə etməsi və cəng qızlarla olan videoları ilə məşhurlaşan spirtli içki istehsalçısı “Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun dövlətə vergi borcu artmaqda davam edir.

Tribunainfo.az xəbər verir ki, “Quseynoff” MMC-nin dövlətə olan borcu hazırda 175002.87 manatdır. Bir müddət əvvəl isə bu borc 166 105 AZN təşkil edirdi.
Şirkətin dövlətə olan borcunu niyə ödəmədiyi məlum deyil.
Qeyd edək ki, dövlətə olan vergi borcu artmaqda olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin TikTok fenomeni “Baboş”a avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.


Geri qayıt