Əsas Səhifə > Ana xəbər / Güney Press > Azadə Hüseynovaya vəzifə verildi
Azadə Hüseynovaya vəzifə verildi4-06-2025, 17:17 |
Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib. Bu barədə Pravda.az-a idarədən məlumat verilib. Qeyd edək ki, o, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994–2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub. Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Geri qayıt |