Əsas Səhifə > Ana xəbər / Güney Press > Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Firdovsi Məmmədov icraçı direktor təyin olundu


4-06-2025, 10:52

Tanınmış həkim-uroloq Firdovsi Məmmədov Zəfəran Hospitalın Baş həkimi vəzifəsindən ayrılıb.

İqtisadiyyat.az xəbər verir, o, Avropa Beynəlxalq Hospitalın İcraçı direktoru vəzifəsinə təyin olunub.

F.Məmmədov bu özəl klinikada fəaliyyətini eyni zamanda uroloq kimi də davam etdirəcək.

Xatırladaq ki, F.Məmmədov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 2000-2007-ci illərdə İstanbul Universiteti Çapa Tibb Fakultəsinin Urologiya kafedrasında təkmilləşmə kursu keçib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada uroloq–androloq, 2014-2015-ci illərdə Avrasiya Hospitalında Baş həkimin müavini və uroloq vəzifəsində işləyib.

2016-cı ildən isə Zəfəran Hospitalda Baş həkim və uroloq olaraq fəaliyyət göstərirdi.


Geri qayıt