Əsas Səhifə > Ana xəbər / Güney Press > AMEA-nın AĞSAÇLILARI...

AMEA-nın AĞSAÇLILARI...


4-06-2025, 10:04

Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasın (AMEA) prezidentinin müşavirləri ilə bağlı maraqlı paylaşım edib.

Gununsesi.info-nun xəbıərinə görə, Əliyev AMEA prezidentinin müşavirlərinin yaşını araşdırıb.

76 yaşlı prezidenti yoldaş İsa Həbibbəyli kadr siyasətində cavanlaşma amilinə xüsusi diqqət yetirir. İsa məllimin müşavirlərinin yaşı bunu açıq-aşkar sübuta yetirir:
Telman Əliyev -90 yaş;
Yaqub Mahmudov – 86 yaş;
Möhsün Nağısoylu – 79 yaş;
Adil Qəribov – 75 yaş.

Bu yerdə şairin gözəl misraları yada düşür.
Həyatımın tacı idi
Qara gözlü cavanlığım.
Eşq, məhəbbət acı idi
Qara gözlü cavanlığım.

Ürək kimi döyünərdi,
Nə bir qəmi, nə bir dərdi,
Çox illərə sinə gərdi,
Durdu, dözdü cavanlığım.

Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu.
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?..


Geri qayıt