Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı
Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı27-05-2025, 09:50 |
İyunun 2-də Fransanın Sünik vilayətində (Qərbi Zəngəzur) konsulluğu açılacaq. Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Erməni nəşri yazır ki, Fransa bu məsələdə Rusiyanı qabaqlamağa nail olub: “Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışsa da, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bunu əngəlləyir, Fransanın isə aylar əvvəl dilə gətirdiyi istəyi yaxın günlərdə baş tutacaq. İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə Fransa konsulluğunun açılış mərasimi keçiriləcək. Ekspertlər Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi-kəşfiyyat məqsədi daşıyacağını iddia edirlər”. Xatırladaq ki, İran da Qərbi Zəngəzurda konsulluq açıb. Tehranın bölgədəki konsulluq xidməti 2023-cü ildə fəaliyyətə başlayıb. Analitiklər ayrı-ayrı dövlətlərin bölgəyə artan marağını Zəngəzur dəhlizi və ya gələcəkdə açılacaq yola nəzarət məsələsi ilə əlaqələndirirlər. Ehtimala görə, İranın niyyəti dəhlizin açılmasına mane olmaqdırsa, digər dövlətlərin məqsədləri isə nəzarəti əllərində saxlamaqdır. Erməni ekspertlərinin fikrincə, İrəvan Rusiyanı bu yarışdan və ya açılacaq dəhlizdən kənarda qoymağa çalışır. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi indiyədək Gorusda tezliklə konsulluğu açılacağını dəfələrlə bəyan etsə də, məsələ iki ildir həllini tapmır. Sonuncu dəfə məsələ 20-21 may tarixlərində Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən gündəmə gətirilib. Geri qayıt |