Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanın 'İNDEYSKİ' mahiyyəti...
İrəvanın 'İNDEYSKİ' mahiyyəti...Bu gün, 00:10 |
Hindistan Pakistanla bir neçə günlük artilleriya və hava döyüşlərində məğlub oldu. Rəsmi Dehli döyüşdə uduzduğunu dolayısı ilə etiraf etdi. Müasir döyüşdə rəqibinə uduzan Hindistan Ermənistana silah ixrac edir. İki dövlət arasında 2 milyard dollarlıq silah ticarəti imzalanıb. Müxtəlif növ artilleriya və raket sistemlərinə daxil müasir "Akaş" raketləri də ixrac edilir. Hindistan öz müdafiə sənayesinin istehsalı olan silahlarla Pakistanla müharibədə üstünlük qazana bilmədi. Halbuki Hindistan öz müdafiə sənayesinin inkişafı barədə geniş təbliğat qurmuşdu. Məhz Ermənistan da Hindistanın öyündüyü silah sistemlərinə üz tutdu. Hazırda Ermənistan Hindistandan aldığı silahları nümayiş etdirir. Onların texniki imkanları, hədəfi dəqiqliklə vurmağı, həmçinin verilən anti-dron sistemlərin effektliyi sual doğurur. Hindistan öz müasir hərbi imkanlarına arxayın olaraq Pakistana hücum etdi. Millətçi Modi adminstrasiyası kütləvi zərbələrlə Pakistanı təslim edəcəyini planlaşdırırdi. Nəticədə isə, Hindistanın silahları özünü doğrultmadı. Ermənistan hesab edir ki, Hindistan silahları ilə Azərbaycanla silah paritetinə nail olacaq. Eyforiyaya düşərsə, Ermənistan da Hindistanın aqibətini yaşaya bilər. Siyasi şərhçi Məhəmməd Əsədullazadə "DİA-AZ" Geri qayıt |