Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu

Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu


Bu gün, 11:05

Ermənistanın Milli Təhlükəsizlik xidmətinin keçmiş direktoru general Artur Vanetsyan müxalifətin baş nazirliyə namizədi ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri müxalifətin Baş nazir Nikol Paşinyana qarşı impiçment cəhdlərinə diqqət çəkib:

“İstisna olunmur ki, impiçment prosesinin başlanması təklifi ilə parlamentə müraciət edən “Biz Oyağıq” hərəkatı bu vəziyyət uzanarsa və heç bir komanda namizəd irəli sürməzsə, baş nazir postuna özünün namizədini irəli sürəcək.

İmpiçment prosesinə ilk cavab verən (Robert Köçəryanın) “Ermənistan” bloku uyğun namizəd olarsa, bütün fraksiya üzvlərinin imzasını təqdim etməyə hazır olduğunu bildirib.

Serj Sərkisyanın “Şərəfim Var” fraksiyası bəyan edib ki, hazırda namizədləri yoxdur, heç bir şərt qoymadan istənilən namizədi müzakirə etməyə və prosesi başlatmağa hazırdır. Amma baş nazirin keçmiş xüsusi nümayəndəsi Edmon Marukyanın namizədliyi ortaya çıxanda məlum olub ki, namizədlə bağlı şərtlər var. Məsələn, hakimiyyətlə 20 ildən artıq əməkdaşlıq etmiş şəxs namizəd ola bilməz.

Hər iki komanda namizədin müəyyən edilməsi məsələsini yubadarkən, təşəbbüskarlarların “Vətən” partiyasının sədri Artur Vanetsyanın namizədliyini parlamentə təklif etmələri mümkündür.

Təsadüfi deyil ki, son günlər bəzi siyasi dairələr Vanetsyanın xüsusi siyasi fəallıq nümayiş etdirməməsinə baxmayaraq, ona qarşı əks-təbliğata başlayıblar”.


Geri qayıt