Əsas Səhifə > Ana xəbər / Güney Press > Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi...

Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi...


Bu gün, 09:23

Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb.

Modern.az xəbər verir ki, məlumatlara görə, Ermənistanla iş üzrə yeni kurator, Rusiya prezidentinin Aparat rəhbərinin müavini Sergey Kiriyenko hazırda Moskva-İrəvan münasibətlərinə dair vəziyyətlə ciddi şəkildə tanış olur.

“Hraparak” qəzeti yazır ki, bir neçə gün əvvəl Ermənistanın 2-ci prezidenti Robert Köçəryan Moskvada qısamüddətli səfərdə olub. Köçəryan 1-2 ay əvvəl də Moskvada olmuşdu.

Bildirilib ki, dünən gecə İrəvana qayıdan Köçrəyan Kremldə “qulağına” deyilənlər barədə hələ ki komandasına məlumat verməyib.

İddialara görə, budəfəki mövzu baş nazir Nikol Paşinyanın impiçment məsələsi olub və yaxın günlərdə müxalifətin bəzi addımlar atılacağı istisna edilmir.

Qeyd edilir ki, Moskvada Köçəryanla bu məsələ, həmçinin növbəri baş nazirin kim olması üçün namizədlərin adları müzakirə olunub. Məlumata görə, görüş və müzakirə birbaşa Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub.

Xatırladaq ki, son vaxtlar Ermənistanın Rusiyapərəst eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyan xeyli aktivləşiblər. Onlar tez-tez mətbuata geniş müsahibələr verir, universitetlərdə tələbələrlə görüşlər keçirir, tədricən ictimaiyyət arasında görünürlər. Hətta Serj Sarkisyan bir neçə gün öncə Paşinyan istefaya göndəriləcəyi təqdir Köçəryanın baş nazir olması təklifini dəstəkləyəcəyinə dair açıqlama da verib.

Ekspertlər deyirlər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu həftə İrəvana işgüzar səfəri fonunda eks-prezidentlərin də aktivləşməsi təsadüfi deyil.

Yeri gəlmişkən, iyunun 5-də Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurasının sədri Valentina Matvienko da Ermənistana səfər edəcək.


Geri qayıt