Əsas Səhifə > Ana xəbər / Güney Press > “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı

“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı


Dünən, 12:49

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.

"DİA-AZ" xəbər verir ki, bu İdarə Heyətinin üzvü İvan Samsonov Vladimiroviçdir. O, 2019-cu ildən bu şirkətdə yüksək vəzifədə çalışırdı.

Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə üç üzvdən ibarətdir.

Hazırda İdarə Heyətinin Strukturu:

Sədr:

  • Vüsal Abbasov Ramiz oğlu

Üzvlər:

  • Lalə Əfəndiyeva Əli Heydərovna
  • Tural Qasımov Nazim oğlu
  • Sarxan Mikayılov Umudvar oğlu

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.


Geri qayıt