Əsas Səhifə > Ana xəbər / Güney Press > Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır

Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır


Bu gün, 12:19

Son günlər orta məktəblərdə son zəng və əlifba bayramı tədbirləri çərçivəsində valideynlərdən pul yığılması faktları yenidən gündəmə gəlib.

Artıq mediada bu barədə məlumatların yayılmasından sonra bir neçə məktəb direktoru işindən azad edilib.

Gəncədən Gununsesi.infoya göndərilən bir məlumatda anoloji halın Gəncənin Mehdi Mehdizadə adına xarici dil təmayüllü məktəb-liseyində yaşandığı deyilir.

Redaksiyamıza müracət bir qrup valideyn iddia edib ki, birinci sinifi bitirən uşaqlar üçün təşkil olunan Əlifba bayramına görə onlardan 130-150 manat arasında pul yığılır.

Valideynlər sübut olaraq həmin məbləği yığan müəllimlərdən birini də adını çəkib.

Bu Ruhiyyə Tofiqovna adlı birinci sinif müəllimidir” deyə əlavə edilib ki, ödənişlər edilən bank kartının nömrəsi də valideynlərə ötürülüb: “Bu işdən direktor Əlağa Səfərəliyevin xəbərdar olduğunu deyib. Tədbir keçirləcəyi restoranlardan biri “Azərbaycan” restoranıdır”.

Valideynlər deyir ki, yığılan vəsaitin bir hissəsi restorana gedəcək, qalanı mənimsəniləcək.

Gununsesi.info-nun sorğusuna cavab olaraq, direktor Əlağa Səfərliyev bu olaydan xəbərsiz olduğunu deyib: “Məktəbdə son zəng və əlifba bayramı ləğv edilib. Kimsə öz uşağını götürüb, restoranda gedib yeyib-içəcəksə, bunun bizə aidyyatı yoxdur. Fakt budur ki, məktəbdə belə tədbir yoxdur. Son zəng də müəyyən olunmuş standar çərçivəsində keçiriləcək”.


Geri qayıt