Əsas Səhifə > Ana xəbər / Güney Press > Sahil Babayev islahatlara BAŞLADI

Sahil Babayev islahatlara BAŞLADI


Bu gün, 10:14

Yeni maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.


Geri qayıt