Əsas Səhifə > Ana xəbər / Güney Press > "Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..."

"Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..."


Bu gün, 08:47

Milli Assambleyasının “Vəətndaş sazişi” fraksiyasının üzvü Lilit Stepanyan əmindir ki, Rusiya ilə münasibətləri yalnız KTMT ilə şərtləndirmək olmaz.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, erməni deputat istisna etmir ki, Rusiya Ermənistanın əhəmiyyətini dərk edib və bu səbəbdən həmin ölkənin xarici işlər naziri ölkəyə səfər edib və münasibətləri normallaşdırmağa çalışır.
Sünikdə(Zəngəzurda-S.L.) Rusiya konsulluğunun açılmasının Ermənistanın Avropa İttifaqına daxil olmasına zidd olub-olmamasına gəlincə, deputat deyir ki, bu gün Ermənistan balanslaşdırılmış siyasət aparır və dövrün hökuməti ölkənin maraqlarının tələb etdiyi şeyi rəhbər tutur.
Stepanyan iddia edir ki, Paşinyanın rəhbərlik etdiyi hakim qüvvə nə rusiyapərəstdir, nə də avropapərəstdir, əksinə ermənipərəstdir.

Geri qayıt