Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan hələ gözləmə mövqeyindədir
Paşinyan hələ gözləmə mövqeyindədirBu gün, 05:34 |
İrəvana qaçan keçmiş xunta başçısı Samvel Şahramanyan əski parçası sayılan “fərman” imzalayıb və bununla da, “Artsaxın ləğvi haqqında” 2023-cü il sentyabrın 26-da imzalanmış qərarı qüvvədən salıb. Bu barədə hüquqşünas Roman Yeritsyan öz feysbuk səhifəsində yazıb. Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır. Deputat bildirib ki, seçkilər yaxınlaşdıqca, Ermənistan daxilində gərginliyin, qarşıdurmanın artması müşahidə olunacaq: "Keçmiş separatçı qüvvələr, revanşistlər bir araya gələrək, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd edirlər. Bu proses, əslində, indiki məqamda Ermənistanın öz əleyhinə işləyən prosesdir. Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu proseslərin qarşısını tam ala bilmir. Deyə bilərik ki, erməni xalqının eyni məğlubiyyəti, eyni acı aqibəti yaşaması üçün separatçılar tərəfindən təhlükəli oyunların icrasına başlanılıb. Ermənilər yaxşı olar ki, ötən illərdə yaşananlardan düzgün nəticə çıxarsınlar. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 ilə yaxın müddətdə heç nə əldə edə bilmədi. İşğalçılıq, separatçılıq birbaşa ermənilərin əleyhinə işlədi". Parlamentari qeyd edib ki, N.Paşinyan hələ gözləmə mövqeyindədir, baş verənləri müşahidə edir: "Seçkilər yaxınlaşdıqca, baş nazir öz siyasi rəqiblərini səhnədən uzaqlaşdırmaq üçün real addımların atılmasına başlayacaq, bir sıra tədbirlər həyata keçiriləcək. Yəni qeyd etdiyim kimi, baş verənlər qarşıdakı seçkilərə hesablanıb. Ermənistanda hamı fərqindədir ki, Azərbaycanla müharibə aparmaq gücündə deyillər. Növbəti müharibə Ermənistana çox baha başa gələ bilər". Geri qayıt |