Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır

Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır


Bu gün, 06:55
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır
Azərbaycan-Ermənistan sərhədində yenidən gərginlik müşahidə olunub.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, mayın 14-ü saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun sərhəd zonasında yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Hərbi ekspert Azər Bayramov Sherg.az-a bildirib ki, Azərbaycan ordusunun mövqelərinin Ermənistan tərəfindən mütəmadi şəkildə atəşə tutulması rəsmi İrəvanın riyakarlığının göstəricisidir:

“Sözügedən təxribatların son zamanlar intensiv xarakter alması Ermənistanın gələcəkdə saxtakar planlarının olduğundan xəbər verir. Ermənistanın hərbi-siyasi rəhbərliyi dildə sülhdən danışsa da, əməli olaraq mövcud vəziyyətin daha da gərginləşdirilməsinə və revanşizmin alovlanmasına çalışır. Ermənilərin İkinci Qarabağ savaşından və antiterror əməliyyatlarından sonrakı fəaliyyətlərinə baxdıqda sülhlə bağlı heç bir addım görmürük. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan ordusunun silahlandırılması, ehtiyatda olan qulluqçuların hərbi təlimlərə cəlb olunması sülhü, sərhədlərin delimitasiya və demarkasiya prosesini ləngidir. Ermənistanda olan terrorçu qruplaşmaların mülkü şəxsləri hərbi təlimlərə cəlb etməsi və Azərbaycanla şərti sərhədə yerləşdirilməsi də sülhə əngəldir. Ermənistan dırnaqarası dövlət olaraq heç vaxt imzaladıqları sənədlərin öhdəliklərinə, beynəlxalq hüququn normalarına hörmət etməyib. Bu isə Ermənistan tərəfinə hansısa formada etibar etməyin mənasız olduğunu deməyə əsas verir. Qarabağ separatçılarının “keçmiş lideri” Samvel Şahramanyanın qondarma rejimin ləğviylə bağlı verdiyi qərarın qüvvədən düşdüyünü söyləməsi birbaşa Ermənistanın xislətini ortaya qoyur. Bütün sözügedən təxribatlarda Ermənistanın tək olmadığı da şübhəsizdir. Ermənistanın baş havadarı Fransa olmaqla bir çox ölkələr regionda sülhün əleyhinədirlər. Onlar Ermənistandan maşa kimi istifadə edərək bölgədə vəziyyəti qarışdırmağa çalışırlar. Azərbaycan Ermənistanda baş verən hərbi və siyasi prosesləri diqqətdə saxlayır və adekvat cavab tədbirləri həyata keçirir. Ermənistan yaxın keçmişdə uğradığı utanc durumdan dərs çıxarmayıb və yeni münaqişənin olması üçün bütün variantlardan istifadə edir. Ermənistan və havadarları başa düşməlidir ki, belə riyakar hərəkətlər onların özlərinə ziyandır”.
Geri qayıt