Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bazardakı bahalıq Rusiya ilə bağlıdır?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bazardakı bahalıq Rusiya ilə bağlıdır?

Bazardakı bahalıq Rusiya ilə bağlıdır?


Bu gün, 06:42
Bazardakı bahalıq Rusiya ilə bağlıdır?
Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri zaman-zaman siyasi və texniki səbəblərə görə gərginləşib. Məsələn, 2021 və 2023-cü illərdə ölkənin Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qadağa qoyub. Səbəb kimi məhsullarda zərərli orqanizm — pomidor güvəsinin (Tuta absoluta) aşkarlandığı göstərilib. Nəticədə yerli sahibkar və fermerlər ciddi iqtisadi zərərlə üzləşiblər.

Rusiya ilə yaşanan son gərginlik fonunda oxşar ssenari – yeni bir “pomidor əməliyyatı” gündəmə gələ bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, bu fonda hansı təzyiqlərin olacağını demək çətindir:

“Adətən, Moskvanın atacağı addımlar, qəbul edəcəyi qərarlar qabaqcadan proqnozlaşdırıla bilmir. Ona görə də “pomidor əməliyyatı” və ya başqa qadağaların olacağını söyləmək çətindir. Lakin hazırda Rusiya iqtisadiyyatının vəziyyəti bu və ya digər ölkələrdən idxala qarşı hər hansı maneələr yaratmağa imkan vermir. Ümumi durum qənaətbəxş deyil. Rusiyanın kənd təsərrüfatı məsullarının idxalında digər ölkələrlə yanaşı, Azərbaycana da ehtiyacı var”.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Rusiya vaxtaşırı belə təzyiq vasitələrindən istifadə etməyə çalışıb:

“İndi də bu hal istisna deyil. Digər tərəfdən, sanksiyalar altında yaşayan Moskva heç də bütün ölkələrdən kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi idxal edə bilmir. Bu baxımdan, bazardakı qiymətləri tənzimləmək üçün Rusiyada Azərbaycandan ixrac olunan məhsullara tələbat var. Düşünmürəm ki, tezliklə pomidorla əlaqəli belə bir addım atılsın. Hər bir halda, rəsmi Moskvadan bu cür qərarlar gözləmək də mümkündür”.

Qeyd edək ki, 2021 və 2023-cü illərdə Azərbaycanda pomidorun qiymətində əhəmiyyətli bahalaşma müşahidə olunub. Səbəblər arasında Rusiya ilə ticarət əlaqələrindəki məhdudiyyətlər də yer alıb.
Geri qayıt