Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?”
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?”Dünən, 16:30 |
![]() “Bankların informasiya təhlükəsizlik sistemi o qədər bərbaddır ki, hakerlər onların məlumat bazasını oğurlayır və bilir, kimin hansı bankda nə qədər pulu var. Amma son anda təqsir yenə vətəndaşdadır. Sən axı öz məlumatını niyə kiməsə, tanımadığın şəxsə deyirsən?!” Bu sözləri "Yeni Sabah"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, kartlardan oğurluqda təqsirləndirilməli tərəf, ilk növbədə, vətəndaşdır: “Ədalət naminə deyək ki, oğurluq hallarında əsasən vətəndaş təqsirkardır. Zəng edirlər, o da bütün kart məlumatlarını tanımadığı şəxsə verir. Bu barədə nə qədər danışılır, deyilir, xeyri yoxdur. Sadəcə belə təəssürat yaranır ki, əhali bu xəbərdarlıqlarıoxumur. Elə bütün günü divanda oturub gic-gic televerilişlərə baxır. Biabırçı vəziyyətdir! Hər gün kartlardan pul oğurlanmasına dair xəbərlər tirajlanır, amma vətəndaşın vecinə deyil! Mən razıyam, bankların da səhlənkarlığı var. Bəzi hallarda hətta təqsiri də. Şəxsən özümdə sual yaranır ki, oğru, dələduz hardan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var? Niyə ona zəng edir? 2 variant mümkündür: birincisi, bankın özündə kimsə bu işləri idarə edir. Amma məncə, bu ehtimal yüksək deyil. İkincisi, mən problemi daha çox bankların təhlükəsizlik sistemində görürəm. Bankların informasiya təhlükəsizlik sistemi o qədər bərbaddır ki, hakerlər onların məlumat bazasını oğurlayır və bilir, kimin hansı bankda nə qədər pulu var. Amma son anda təqsir yenə vətəndaşdadır. Sən axı öz məlumatını niyə kiməsə, tanımadığın şəxsə deyirsən?!” Ekspert qeyd edib ki, informasiya və pulların oğurlanmasına dair problemlər daha çox böyük banklardadır və bunun da səbəbi var: “Banklar informasiya texnologiyalarına pul xərcləmək istəmir. Axırı da belə olur. Onu da deyim ki, bütün banklarda vəziyyət eyni deyil. Problem böyük banklarımızdadır. Oğurlanma halları məhz bu banklarda olur. Çünki bu bankların müştəri bazası o qədər çoxdur ki, informasiyanı tam həzm edə bilmirlər və onların təhlükəsizlik sistemi inkişaf etmir. Böyük bankların rəhbər və vəzifəli şəxsləri, idarə heyətinin üzvləri yüksək əməkhaqqı alırlar, ilin yekunundakı mənfəətə uyğun yüksək bonus əldə edir. Bir neçə milyon manat alanlar var. Ona görə də, həmin rəhbər şəxslər çalışırlar ki, fəaliyyət dövründə xərc çox olmasın. Fikir versəniz, orta səviyyəli banklarda belə problem yoxdur. Çünki orada bonuslar məsələsi yoxdur və xərc məsələlərinə birbaşa bankın sahibləri nəzarət edir”. Geri qayıt |