Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir?
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir?Bu gün, 06:19 |
![]() Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş gedişhaqqı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar gedişhaqqının azaldılmasını, bəziləri isə güzəştlərin tətbiqini təklif edir. Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu barədə aidiyyəti qurumlar tərəfindən dəfələrlə məsələ qaldırılıb: “Lakin onlar mövcud gedişhaqqının çəkilən xərclərə adekvat olmadığını bildirirlər. Məsələn, bəzi şirkətlər hesablamalarına əsasən, bir sərnişini yeni avtobusla daşımağın 0,85 AZN-ə başa gəldiyini deyir. Amma ödəniş 0,50 AZN-dir. Gözləyirlər ki, dövlət dotasiya ayırsın, onlara dəyən zərər ödənilsin. Paralel olaraq, hökumət də sahibkarın ziyanını qarşılamağa çalışır. Əvvəl 20-30 min manata köhnə avtobuslar gətirirdilər və rahat şəkildə xəttə çıxarırdılar. Bu gün onlar 20 qəpiyə də sərnişin daşısa, özlərinə sərf edir. Amma “Baku Bus” üçün gətirilən avtobusların dəyəri 300-400 min manatdır. Onlar sərnişini necə 30 qəpiyə daşısın? Bunun başqa iqtisadi izahı yoxdur”. Ekspert bildirib ki, gedişhaqqını dövlət tənzimləyir və bu, 50 qəpik civarında saxlanılır: “Qalan pulu da dövlət sahibkara digər formada ödəməyə çalışır. Məsələn, subsidiyalar, dotasiyalar və sair ayırır. Gələcəkdə digər güzəştlərin də edilməsi nəzərdə tutulur – bura gedişhaqqı da daxildir. Məsələn, tələbələr, pensiyaçılar, şəhid ailələri, qazilər bu sırada yer alır. Həm də məsafəyə görə gedişhaqqının təyin edilməsi gündəmdədir. Müzakirələrdən sonra dəqiq biləcəyik”. Geri qayıt |