Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü

Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü


Dünən, 23:27
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü
Bakı yenidən beynəlxalq siyasətin diqqət mərkəzinə düşüb. Rusiya və Almaniya siyasi dairələrinin gizli təmaslarının növbəti raundu məhz Azərbaycan paytaxtında baş tutub. Görüşdə əsas müzakirə mövzusu Ukrayna müharibəsindən sonra fəaliyyəti dayandırılmış “Peterburq dialoqu”nun mümkün bərpası olub.

Musavat.com xəbər verir ki, Almaniyanın ARD telekanalı və “Die Zeit” nəşrinin yaydığı məlumata görə, danışıqlarda Almaniya Sosial Demokrat Partiyasından xarici siyasət eksperti Ralf Şteqner, federal səviyyədə xüsusi məsələlər üzrə sabiq nazir Ronald Pofalla, eləcə də Şimali Reyn-Vestfaliya hökumətində çalışmış tanınmış xristian-demokrat Stefan Holthoff-Pförtner və “Peterburq dialoqu”nun keçmiş icraçı direktoru Martin Hoffman iştirak ediblər. Tərəflər danışıqların rəsmi dövlət sifarişi olmadığını və özəl xarakter daşıdığını bildiriblər. Almaniya Xarici İşlər Nazirliyi də görüşlərin federal hökumət adından planlaşdırılmadığını qeyd edib.

Rusiya tərəfini isə “Qazprom”un Müşahidə Şurasının rəhbəri Viktor Zubkov təmsil edib. O, uzun müddət “Peterburq dialoqu”nda Rusiyanın nümayəndə heyətinə rəhbərlik etmiş şəxs kimi görüşdə iştirak edib. Zubkovu Prezident yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev müşayiət edib. Bildirilir ki, bu, son illərdə tərəflər arasında Bakıda keçirilən azı üçüncü belə təmasdır.

Azərbaycan – Qlobal dialoq üçün neytral və etibarlı platforma

Bakıda bu cür məxfi və strateji görüşlərin baş tutması təsadüfi deyil. Azərbaycan uzun illərdir balanslı və çoxvektorlu xarici siyasəti ilə həm Qərbin, həm də Şərqin etimadını qazanmış nadir ölkələrdəndir. Bu gün Azərbaycan nəinki regionun, həm də Avrasiya məkanının diplomatik körpüsü rolunu oynayır. Təsadüfi deyil ki, illər əvvəl NATO və Rusiya hərbi rəhbərliyi də məhz Bakı şəhərində gizli və təhlükəsiz görüşlər keçirmişdi.

Azərbaycanın bu rolu təkcə Avropa-Rusiya xəttində deyil, Yaxın Şərqdəki mürəkkəb münasibətlərdə də özünü göstərib. Belə ki, Bakı həm Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına səssiz dəstək verib, həm də İsrail ilə Suriya arasında qeyri-rəsmi diplomatik kanalların qurulmasında mühüm vasitəçi rolunu oynayıb. Azərbaycanın həm İslam dünyası, həm də yəhudi dövləti ilə yüksək səviyyəli əlaqələri və neytral mövqeyi onu bu cür dialoqlar üçün ideal məkan halına gətirib.

“Saatların Azərbaycanda tutuşdurulması” bir simvoldur

Son dövrlərdə Bakının diplomatik yükü əhəmiyyətli dərəcədə artıb. Sülh təşəbbüsləri, qlobal vasitəçilik cəhdləri və strateji təmaslar getdikcə daha çox Azərbaycanın paytaxtında cəmləşir. Bu isə ölkəmizin beynəlxalq siyasətdə artan rolunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunu bir daha nümayiş etdirir.

Belə görünür ki, dünya liderləri “saatlarını” Azərbaycanda tutuşdurmağa üstünlük verirlər. Çünki burada təhlükəsizlik, tərəfsizlik və diplomatik çeviklik var – məhz bu amillər Azərbaycanı XXI əsrin qlobal təmas platformasına çevirir.

Musavat.com
Geri qayıt