Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Əbədi dostluq?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əbədi dostluq?

Əbədi dostluq?


Bu gün, 05:25
Əbədi dostluq?
Ermənistan vətəndaşlarının əksəriyyəti hesab edir ki, İrəvanın Bakı ilə danışıqlarda Moskvanın vasitəçiliyindən imtina etməsi səhv qərardır. Bu barədə Gallup International Association təşkilatının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri xəbər verir.

Respondentlərə verilən “Rusiyanın vasitəçiliyindən imtina Ermənistan-Azərbaycan danışıqlarına necə təsir etdi?” sualına onların 36,1%-i “tamamilə mənfi”, 24,5%-i isə “daha çox mənfi” cavabı verib. Cəmi 10,7% nəticələri “tamamilə müsbət”, 19,1% isə “daha çox müsbət” qiymətləndirib.

“Nəticədə, respondentlərin təxminən 60%-i Rusiyanın danışıqlardan kənarda qalmasının dialoqa mənfi təsir etdiyini bildirib”, – deyə təşkilatın Ermənistan üzrə rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib. Daha 9,6% isə suala cavab verməkdə çətinlik çəkib.

Sorğu 29 aprel – 2 may tarixlərində 1101 Ermənistan vətəndaşı arasında keçirilib.

Bundan əlavə, respondentlərin 36,7%-i Ermənistan baş nazirinin Moskvada Qələbə Günü tədbirlərində iştirakını “tam doğru qərar”, 25,4%-i isə “daha çox doğru qərar” hesab edib. Yəni, ümumilikdə əksəriyyət bu qərarı dəstəkləyib. 9,5% bunu “daha çox səhv”, 22,8% isə “tam qərar” adlandırıb.

Bu, bir qədər gözlənilməz mənzərədir. Sorğunun nəticələri göstərir ki, Ermənistandakı insanların əksəriyyət arasında heç də Qərbpərəst əhval-ruhiyyə hökm sürmür. Halbuki, indiyədək belə hesab edilirdi ki, erməni cəmiyyəti ümumən hazırkı baş nazir Paşinyan və onun komandasını dəstəkləyir. Həmin şəxslərin xüsusilə son illərdə Moskva ilə münasibətləri isə olduqca ehtiyatlı, hətta bəzən açıq-aşkar mənfi xarakter daşıyır. Son dövrlər Ermənistan hakimiyyətində anti-Rusiya ritorikası daha da güclənib, yerli ekspert çevrələrində isə Kreml tez-tez Ermənistanın xəyanətkarı kimi təqdim olunur. Və bu şəraitdə sorğu belə nəticələr göstərib. Bu nə ilə izah olunur? Hakim “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi qəfil enib və biz bunu gözdən qaçırmışıq? Yoxsa əslində Ermənistan cəmiyyətində Rusiyapərəst əhval-ruhiyyə heç vaxt tam itib-batmayıb?

Pressklub.az-ın suallarını Rusiya və Şərqi Avropa üzrə ekspert, “Azadlıq Radiosu”nun jurnalisti, Praqada yaşayan Vadim Dubnov cavablandırıb.

“Düşünürəm ki, Ermənistanda Gallup adı ilə assosiasiya olunan sosioloji mərkəzin sosiologiya ilə münasibəti olduqca spesifikdir”, – o bildirib. – “Və bunu Ermənistanda hamı anlayır. Bu, siyasi prosesin bir hissəsidir. Onun araşdırmaları həmişə kifayət qədər siyasiləşmiş olur, ona görə də mən bu sorğunun nəticələrinə elə də dramatik yanaşmazdım”.

Ekspert qeyd edib ki, Rusiya ilə münasibət məsələsi həqiqətən mürəkkəb və ziddiyyətlidir. Çünki Paşinyan uzun müddət ermənilərin Rusiyaya olan incikliyi üzərində oynayıb. Onların fikrincə, Rusiya Qarabağ müharibəsində onlara kömək etməyib, torpaqları qorumaqda dəstək verməyib. Əslində isə bu, Rusiyanın formal baxımdan etməyə borclu olmadığı yeganə məsələ idi və burada Moskvaya qarşı ittihamların əsası yoxdur.

“Təbii ki, siyasi baxımdan Rusiya bu məsələdə Azərbaycanın tərəfində idi və Ermənistanda bunu başa düşürdülər. Sadəcə, bu, normal siyasi vəziyyət idi və Ermənistanda bunu uzun müddət Rusiyaya bağışlamadılar. İndi isə həmin inciklik yavaş-yavaş aradan qalxır. 2026-cı il seçkiləri Paşinyan üçün kifayət qədər mürəkkəb şəraitdə keçiriləcək və düşünürəm ki, o, indi iki xətt üzrə oynamğa çalışır: həm o incikliyi yada salır və onun üzərində işləyir. Həm də başa düşür ki, 9 mayda Moskvaya səfər ərəfəsində özünü başqa cür göstərməlidir.

Əslində, vəziyyət bunu tələb etmirdi. Amma görünür, Paşinyan hesab edir ki, belə bir addım indi onun üçün kifayət qədər faydalı ola bilər”, –analitik bildirib.

O əlavə edib ki, Ermənistanda nə Qərb, nə də Şərqə yönəlik birmənalı və formalaşmış ictimai ideoloji təsəvvür yoxdur. Çünki Qərb dəyərlərinə meylli, Avropaya can atan insanlar olsa da, ölkə bütövlükdə postsovet məkanının, kifayət qədər konservativ ənənələrin təsiri altındadır.

“Bu baxımdan burada xüsusi bir yenilik müşahidə etmirik. Hesab edirəm ki, Ermənistanda Rusiyaya yönəlik bir inersiya var. Bu inersiya müharibədən sonra da davam edir və uzunmüddətli amildir. Sadəcə, qısamüddətli ovqat dəyişiklikləri ilə oynamaq, Avropa meylləri haqda danışmaq, Brüssel ilə müxtəlif oyunlara girişmək, bununla da gələcək seçkilərdə müəyyən səs qazanmaq mümkündür. Amma bir daha qeyd edim ki, həmin seçkilərin nəticəsi olduqca qeyri-müəyyəndir”, – deyə Dubnov yekunlaşdırıb.
Geri qayıt