Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Netanyahu və Ərdoğan Bakıya gəlir: İrəvandan baxış
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Netanyahu və Ərdoğan Bakıya gəlir: İrəvandan baxış

Netanyahu və Ərdoğan Bakıya gəlir: İrəvandan baxış


3-05-2025, 08:30
Netanyahu və Ərdoğan Bakıya gəlir: İrəvandan baxış
İsrail Baş naziri Netanyahunun Azərbaycana uzunmüddətli səfəri Bakının ciddi diplomatik irəliləyiş əldə etməsidir.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Mikaelyan yerli mediaya müsahibəsində Netanyahu (7-11 mayda) və Türkiyə lideri Ərdoğanın (10 mayda) Bakıya gözlənilən səfərini şərh edərkən deyib.

“Unutmaq olmaz ki, təxminən bir ay əvvəl ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff Azərbaycanda olub və o, müsahibəsində məşğul olduğu üç münaqişədən, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edib. Digər tərəfdən, bu yaxınlarda İran prezidenti, əslən azərbaycanlı Məsud Pezeşkian da Bakıda idi və o, Bakıda özünü evdəki kimi hiss etdiyini bildirdi”, - o vurğulayıb.

Mikaelyanın fikrincə, Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə münasibətlər qurur və bu məsələdə İsrail yardımçı olur:

“Eyni zamanda, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətləri yaxşılaşdırmaq istəyir və bu yaxınlarda Ankara ilə Təl-Əviv arasında görüş Bakıda keçirildi. Ona görə də Ərdoğan və Netanyahunun Azərbaycana gəlişinə bu kontekstdə baxmaq lazımdır. Netanyahu da öz növbəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istəyir”.

Azərbaycan liderinin parallel olaraq 9 mayda Moskvada parada da qatılacağını xatırladan erməni politoloq etiraf edib ki, Azərbaycan diplomatik problemlərini çox uğurla həll edir, nailiyyətləri var və irəliləyir, müəyyən beynəlxalq missiyanı öz üzərinə götürür.

Geri qayıt