Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Görüşdülər: Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün proses başladı
Əsas Səhifə > Ana xəbərlər, Cəmiyyət > Görüşdülər: Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün proses başladı

Görüşdülər: Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün proses başladı


29-03-2025, 12:15
Görüşdülər: Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün proses başladı
Ermənistanda bir qrup revanşist Nikol Paşinyana etimadsızlıq səsverməsi prosesinin başlamasının mümkünlüyünü müzakirə edir.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, son günlər bu mövzuda müxtəlif müzakirələr aparılır. Bəzi qüvvələr arasında vasitəçi rolunu Xocalı qatilləri Serj Sarkisyan, Robert Köçəryan, arxiyepiskop Baqrat və digərləri ilə görüşən, impiçment məsələsini ayrıca müzakirə edən və onların fikirlərini dinləyən Edqar Qazaryan oynayır.

Qazaryan danışıqların məzmununu dərc etmək üçün sabiq prezidentlərdən və arxiyepiskopdan razılıq almadığını bildirərək görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib. Bununla belə, o qeyd edib ki, yaxın vaxtlarda görüşlər davam etdiriləcək. Müxalifət üzvlərinin hər birinin fikirlərini canlı yayımlamaqla deputatların mövqeyini öyrənmək qərara alınıb.

Geri qayıt