Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi

Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi


Bu gün, 00:57
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi
Azərbaycan Türk Ocağı müxtəlif ali məktəblərin jurnalistika fakültəsi tələbələri üçün "Qənirə Paşayeva" mükafatı təsis edib.

Bu barədə "Sherg.az"a Azərbaycan Türk Ocağının sədri, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı məlumat verib. A.Aşırlı bildirib ki, təşkilatın İdarə heyəti üzvlərinin müzakirələrinin nəticəsində belə bir qərara qəbul edilib. Qənirə Paşayevanın Türk Dünyasının birliyi üçün gördüyü ən mühüm işləri, fədakarlığı, milli mətbuatımızın inkişafında oynadığı rolu və 1918-1920 - ci ildə fəaliyyət göstərmiş Azərbaycan Türk Ocağının bərpasında iştirakı bu mükafatın təsisi üçün çiddi əsaslardır.

A.Aşırlı bildirib ki, Qənirə Paşayevanın həyatı, fəaliyyəti, Türk Dünyasının birliyi üçün apardığı mücadilə, Vətən sevgisi gənclər üçün bir örnəkdir. Qeyd edək ki, diplom və puldan ibarət olacaq mükafatın hər il Qənirə Paşayevanın doğum günü ərəfəsində bir nəfər gənc qələm sahibinə, jurnalistika fakültəsi tələbəsinə verilməsi nəzərdə tutulur.

A.Aşırlı bildirib ki, yaxın günlərdə mükafatın təqdimatı olacaq.
Geri qayıt