Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan türk ordusunu Ermənistana çağıracaq

Paşinyan türk ordusunu Ermənistana çağıracaq


Dünən, 09:43
Paşinyan türk ordusunu Ermənistana çağıracaq
Paşinyan hakimiyyətini qorumaq üçün türk ordusunu ölkəyə dəvət edəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.

Onun iddiasına görə, Paşinyan rusiyalı sərhədçiləri Marqara keçid məntəqəsindən Türkiyənin tələbi ilə çıxarıb.

“Məlumdur ki, keçid məntəqəsi açılmayacaq. Türkiyə tərəfində bununla bağlı heç bir addım atılmayıb, əvəzində Ermənistan tərəfində yol çəkilir. Ermənistan hakimiyyətinin siyasəti suallar doğurur: bu yolu nə üçün inşa edirlər? Ola bilsin ki, məqsəd türk ordusunun lazım olanda Ermənistana asanlıqla girişini təmin etmək üçün yol çəkilir. Misal üçün, Şirak bölgəsində onların ağır texnika gətirə biləcəkləri daha münasib ərazi yoxdur. Gələcəkdə Paşinyan hakimiyyətini qorumaq üçün türk ordusunu ölkəyə dəvət edə, qapıları onların üzünə aça bilər”, - erməni hüquq müdafiəçisi iddia edib.

Geri qayıt