Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədiBu gün, 10:51 |
![]() Nərimanov Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elnur Məcidovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə) və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib. Lakin ona CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməyib. Elnur Məcidovbarəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilib. İttihama görə, Elnur Məcidov elektronika avadanlıqlarının satışı ilə məşğul olan “İnteqral” QSC-də 19 oktyabr 2004-cü il tarixdən satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyib. Belə ki, o, Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən anbarından 01 yanvar 2020-ci il tarixdən – 09 dekabr 2022-ci il tarixədək olan müddətdə rəsmi sənədlərlə ümumilikdə 3050602,72 manat dəyərində, müxtəlif çeşiddə və adda rəqəmsal elektronika avadanlığını qəbul edib. Sonra o, QSC ilə aralarında diller müqaviləsi mövcud olan “DostTech” şirkətinin ticarət obyektinə satış üçün təhvil verib. Lakin Elnur “İnteqral” QSC-yə məxsus ümumilikdə 18528,48 manat miqdarında pulu mənimsəməklə talayıb. Şirkət rəhbərliyinin şikayəti əsasında saxlanılmış Elnur Məcidovun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi. Geri qayıt |