Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi

Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi


Bu gün, 09:43
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi
Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri, hazırda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin müdir müavini vəzifəsində olan Daşqın Rəcəblinin bacısı Çinarə Balıyevaya “Bakı Metropoliteni” QSC-də vəzifə verilib.

Pravda.az-ın xəbərinə görə, Ç.Balıyeva QSC-nin Mətbuat xidməti rəhbərinin müavini təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

O, ötən il iş üçün ADY-yə müraciət etsə də, daxili yoxlamadan keçə bilməyib.

Qeyd: Daşqın Rəcəblinin müdiri - “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova bir müddət öncə, nöqsanlara görə vəzifəsindən azad olunub.

Geri qayıt