Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca çıxarılır

Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca çıxarılır


17-02-2025, 16:40
Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.

“Qafqazinfo” xəbər verir ki, fevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.

Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.

Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca çıxarılır

Qeyd edək ki, Nemət Pənalı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.

Xatırladaq ki, bir müddət əvvəl Nemət Pənahlının həmin avtomobili 1100 manat cərimə borcuna görə də saxlanılaraq cərimə meydançasına aparılmışdı.

Geri qayıt