Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..."
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..."Bu gün, 13:10 |
![]() "SOCAR-n qeyd olunan bu Əmrini müsbət hesab etmək olar, amma..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı barəsində danışdığı əmrin surətini təqdim etməklə yanaşı, aşağıdakı fikirləri də bölüşüb. ![]() ![]() Tanınmış hüquq müdafiəçisi bildirib: "Lakin bu Əmrdə həm də işçilərin iş stajı sahəsində əlavə əmək haqqı almaq hüquqlarınin pozulması da müşahidə olunur : -Məlumdur ki, hər bir müəssisədə, o cümlədən də SOCAR-da müəyyən struktur dəyişikliyi, bir vəzifədən digər vəzifəyə keçirilmə, vəzifədə irəli çəkilmə və sair hallar həyata keçirilir. İşçilərə ödənilən bu əlavə əmək haqqı zamanı isə iş stajı düzgün hsablanmır. Baxmayaraq ki, bu dəyişikliklərin hamısı SOCAR-da baş verir. Bu zaman isə əmək müqaviləsi ləğv olunmur və ya formal ləğv olunur. Sadə bir misal. Həm yuxarıda göstərilən hallarda, həm də 2017-ci ildə baş vermiş struktur dəyişikliyindən əvvəl olan iş stajı nəzərə alınmır. Nəticədə SOCAR-da 30 il iş stajı olan işçi 9 ildən aşağı olmaqla 10 faiz əlavə ödəniş allr, halbuki 20 faiz almalıdır. Bu isə əmək haqqının məbləğindın asılı olaraq işçilərin 100 - 300 manat əlavə əmək haqqının itirilməsi ilə nəticələnir..." Geri qayıt |