Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilərlə NECƏ DİL TAPAQ?..
Ermənilərlə NECƏ DİL TAPAQ?..Dünən, 15:14 |
![]() Ermənistanın baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün Konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar? Rəsmi Bakı “Milli Təhlükəsizlik Konsepsiyası”na və “Hərbi doktrina”ya dəyişikliklər edəcəyini və həmin sənədlərə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və buna uyğun siyasət aparacağı bəndini əlavə edəcəyinin anonsunu verməlidir. Parlamentdə bu müzakirəyə çıxarıla bilər. Bu halda Paşinyan anlamalı olacaq ki, əgər Konstitusiyadan Azərbaycan ərazisinə iddia edilən bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Paşinyan bunu istəmirsə, Ermənistan Konstitusiyasında zəruri dəyikliyi sürətləndirməli olacaq. Ümumiyyətlə Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Hərbi doktrinası”nda başqa zəruri dəyilikliklərə də ehtiyac var. Hər iki sənədin ana maddələrini işğal altındakl torpaqların azad olunması təşkil edir. Biz bu məsələni həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Misal üçün bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”. Bu bəndə artıq ehtiyac yoxdur. Və ya ATƏT-lə bağlı belə bəndlər var: “Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir”, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur”. Bu gün nə ATƏT-in özünün, nə də Minsk Qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə bu bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalar əks olunmalıdır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və “Şuşa bəyannaməsindən” irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |