Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio…
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio…Bu gün, 09:01 |
Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar. Heç kim onunla (Nikol Paşinyanla – red.) görüşmədi. Baxın, biz Amerika ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladıq, amma onlar heç bizim liderimizlə görüşməyi lazım bilmirlər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Artur Xaçikyan ABŞ-da səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio da daxil olmaqla, yüksək çinli rəsmilərdən heç kimin qəbul etmədiyi haqda danışarkən deyib. O bildirib ki, ABŞ-ın Ermənistanda heç bir strateji marağı yoxdur, digər tərəfdən, belə səfərlər aylar öncədən hazırlanır və razılaşdırılır, Paşinyan isə “qəfil” səfərə gedib, görüşməyə can atır: “Amma Rusiya ilə münasibətləri korlayan, Qərbi istəyən, demokratiya arzulayan Ermənistanın lideri Trampla 15 dəqiqəlik görüşə belə layiq deyildi”. Xaçikyan bu münasibətin Ermənistanın, o cümlədən Ermənistanın ABŞ-dakı səfirinin seçki vaxtı açıq şəkildə Demokratlar Partiyasının namizədini – Kamala Harrisi dəstəkləməsinin nəticəsi ola biləcəyini istisna etməyib. Qeyd edək ki, Ermənistan Baş naziri 3 fevralda ABŞ-a səfər edib. 7 fevralda səfəri başa çatsa da, o, yeni administrasiyadan heç kəslə görüşə nail olmayıb. Geri qayıt |