Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır

ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır


Bu gün, 12:02
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır
Gürcüstan Əfqanıstandan, İrandan və Qara dəniz vasitəsilə Avropaya dəniz yollarından istifadə edən digər Avrasiya ölkələrindən böyük həcmdə opioidlər üçün cəlbedici tranzit qovşağı olaraq qalır.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünya miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair illik hesabatında bildirilib.

Sənədə əsasən, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri transmilli narkotik təşkilatları opioidləri və sintetik narkotikləri Avropadan Türkiyə, Ermənistan və Azərbaycan kimi ölkələrə daşımaq üçün Gürcüstan ərazisindən istifadə edirlər.

Hesabatda qeyd olunub ki, ABŞ Gürcüstan hüquq-mühafizə orqanlarının narkotiklərlə mübarizə potensialının gücləndirilməsi üçün səylərini davam etdirir.


Geri qayıt