Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda bu iki nazir postu boşdur
Azərbaycanda bu iki nazir postu boşdurDünən, 19:53 |
Hazırda Azərbaycanda iki nazir postu boşdur. Axar.az xəbər verir ki, bunlardan biri maliyyə, digəri isə ekologiya və təbii sərvətlər naziri vəzifəsidir. Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı Sərəncamla maliyyə naziri Samir Şərifov vəzifədən azad olunub. O, 2006-cı ildən adıçəkilən vəzifədə çalışırdı. Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Baş nazirin müavini təyin olunub. Prezident İlham Əliyev fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tutduğu vəzifədən azad edilib. O, 2018-ci ildə nazir vəzifəsinə gətirilmişdi. Dövlət başçısının digər sərəncamı ilə M.Babayev Prezidentin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub. Geri qayıt |