Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisiBu gün, 08:59 |
Ermənistan Azərbaycanla sülh danışıqlarında zaman-zaman Başkənd məsələsini gündəmə gətirməyə çalışır. Bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da Başkənddən imtina edə bilməyəcəklərini deyib. İndiki şərtlərdə Başkəndlə bağlı hansısa razılaşma mümkündürmü? Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan heç bir halda Başkəndi güzəştə getməz: “Bunu Paşinyan da çox yaxşı bilir. Başkənd strateji nöqtədir. Ən önəmlisi isə Azərbaycan ərazisidir. Bu ərazinin Ermənistana verilməsi mümkün deyil”. Politoloq qeyd edib ki, Paşinyanın bu məsələni gündəmə gətirməsinin səbəbi var: “O, erməni cəmiyyətini, xüsusən müxalif qüvvələri sakitləşdirmək üçün belə çıxışlar edir. Yəni demək istəyir ki, “İrəvan anklavları geri qaytarır, Bakı da eyni davranışı sərgiləcəyək”. Lakin bu, mümkün deyil. Başkənd Paşinyanın ixtiyarında olan məsələ deyil. Tarixi aspektdən də baxdıqda ərazi Azərbaycana məxsus olub. Paşinyan özünə qarşı təzyiqləri səngitmək istəyir, amma bu ona qarşı daha böyük təzyiq yaradacaq. Müxalifət xüsusilə bu vədini tuta bilmədikdə onun üzərinə çox gedəcək”. Geri qayıt |