Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilibBu gün, 11:20 |
\Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi vəzifəsi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib. Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib. Geri qayıt |