Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə…

4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə…


Bu gün, 07:32
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə…
Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycana yeni təkliflərinin olduğunu bildirib.

Baş nazir Naxçıvanla quru əlaqəsinin Ermənistanın yurisdikasiya daxilində bərpa oluna biləcəyini qeyd edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində bu məsələnin də nəzərdə tutulduğunu, həmçinin regional kommunikasiyaların açılmasının planlaşdırıldığını deyib.

Paşinyan Naxçıvanla quru əlaqəsinin dəmir yolu xətti ilə bərpasının düşünüldüyünü bildirib. Baş nazirin sözlərinə görə, layihədə Azərbaycandan Naxçıvana və əksinə, o cümlədən Ermənistanla da yükdaşımalar nəzərdə tutulub. Həmçinin sözügedən nəqliyyat xətti vasitəsi ilə beynəlxalq ticarət daşımalarının da həyata keçirilə biləcəyini söyləyib. Paşinyan Yerarsxdakı dəmir yolu infrastrukturunun köhnəldiyini və bərpası üçün böyük investisiyaya ehtiyac olduğunu, bu səbəbdən sözügedən dəmir yolunun Meğridən salına biləcəyini deyib.

İrəvanın təklifləri Bakının maraqlarına nə dərəcədə uyğundur? Azərbaycan dəhlizlə bağlı yeni variantları nəzərdən keçirə bilərmi?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan Naxçıvana təchizat və marşrut xətlərini qorumaq üçün ənənəvi üsulları Zəngəzur dəhlizi layihəsinin mahiyyəti ilə dəyişdirərək qüvvətləndirir:

“Zəngəzur dəhlizi Naxçıvana əsas, maneəsiz təchizat xətti kimi Azərbaycanın strategiyasını formalaşdırır. Bu keçid üzərində Azərbaycanın nəzarəti güc proyeksasiyasına və regional təhlükəsizliyə təsir edərək onun üstünlüklərini önə çıxaracaq.

Beləliklə, Zəngəzur dəhlizi regionda qeyri-müəyyən arxitektura və təhdidlər yaratmaq istəyən qüvvələrə qarşı aktuallıq kəsb edir və onu strateji əhəmiyyət daşıyan quru əlaqəsi nöqtəsinə çevirir.

Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan və Türkiyənin, eləcə də Böyük Britaniya, Rusiyanın önəm verdiyi strateji layihəni tıxanma nöqtəsinə istiqamətləndirmək potensiallarından uzaqlaşırlar”.
Geri qayıt