Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sağlam olmayan KİBERÇƏTİRİMİZ...

Sağlam olmayan KİBERÇƏTİRİMİZ...


Bu gün, 09:19
Sağlam olmayan KİBERÇƏTİRİMİZ...
"Öncəliklə qeyd etmək istəyirəm ki, Azərbaycanda vətəndaşların pul vəsaitlərinə hədəflənən kiber dələduzluq halları kifayət qədər artıb. Müxtəlif ssenarilərlə hücum növləri tərtib olunur. Burada həm ənənəvi üslubdan, həm də müxtəlif dövlət qrumları, bank əməkdaşları, hətta polis adından və digər başqa güc strukturları adından vətəndaşlara zəng edilərək, onlardan müxtəlif şəxsi və bank kartları məlumatları istənilir".

Bunu Sonxeber.az-a İKT üzrə ekspert Elvin Abbasov danışıb.

O, açıqlamsında qeyd edib ki, bu kimi məsələlərlə bağlı vətəndaşlar maariflənməlidir:

"Bu yolla vətəndaşların külli miqdarda vəsaitlərini oğurlayaraq dələduzluğu məruz qoyurlar. Həmçinin, suni intellektin inkişafı ilə vətəndaşlar doğmalarının səsi ilə eyniləşdirilmiş səs texnologiyalarından istifadə edilərək onlar manipulyasiya olunur. Onlara yaxın ailə üzvlərinin adı ilə vətəndaşları psixoloji təzyiqə məruz qoyaraq pullarını oğurlayırlar. Bu halların qarşısını almaq texnoloji cəhətdən çox çətindir, çünki, qarşıda insan var, virus və ya hər hansı proqram təminatı yoxdur. Proqram təminatı insan üçün alətdir və daim metod dəyişdirir, yeni hücum növlərindən istifadə edir, yəni, heç vaxt eyni nömrədə, sosial şəbəkə profilində qalmır, özünü təkminləşdirir və yeni "uğurlar" əldə edir. Hər həftə, ay, il Azərbaycanda kiberdələduzluğun miqyası artmaqdadır və bunun qarşısını almaq üçün ilk olaraq, əsas məsələ vətəndaşların rəqəmsal səriştəliyinin artması, kibergigyena qaydalarından məlumatlı olması, onların maariflənməsidir. İkinci məqam isə təbii ki, müxtəlif zərərli yazılımların telefona yazılmaması üçün, vətəndaşların ümumiyyətlə, bu yazılımdan məlumatlı olması üçün, müxtəlif metodlarla vətəndaşlar məlumatlı olmalıdır. Həmçinin, onlar zərərli yazlımlara qarşı proqram təminatı , xüsusən də antiviruslardan istifadə etməlidirlər".

Geri qayıt