Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdiBu gün, 15:31 |
İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib. Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə artıq təqdim edib. İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin qətlə yetirilən rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur - red.) müraciəti əsasında icra oluna bilər. Zərərçəkənin ailəsi qatili əfv edərsə, hökm icra olunmayacaq. Geri qayıt |