Əsas Səhifə > Ana xəbərlər, Güney Press > BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olubBu gün, 15:24 |
BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin (FinDev) İdarə Heyətində təyinatlar olub. Banker.az xəbər verir ki, BOKT-nin İdarə Heyətinin üzvü Yusif Abdullayev Təyyar oğlu vəzifəsindən çıxıb. Onun yerinə Rəşad Əzimov Mikayıl oğlu təyin edilib. Hazırda “İnkişaf üçün Maliyyə”nin İdarə Heyətinə Əliyev Cəlal Sadıx oğlu sədrlik edir. Xatırladaq ki, “İnkişaf üçün Maliyyə” MMC 2003-cü ildə təsis edilib. Nizamnamə kapitalı 300 min manat olmaqla, kapitalda 100 faiz payçı Böyük Britaniya şirkəti “Oksfam Təşkilati”dır. Geri qayıt |