Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nazir müdiri işdən çıxardı

Nazir müdiri işdən çıxardı


Bu gün, 17:18
Nazir müdiri işdən çıxardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad edilib. "DİA-AZ" "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Müseyib Fayaz oğlu Əliyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub.

Xatırladaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri və "Azərpoçt" MMC-də müxtəlif vəzifələrdə çalışıb.

Geri qayıt