Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək!
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək!Bu gün, 09:04 |
Bayden administrasiyası səlahiyyət müddəti bitənə yaxın Ermənistanla bağlı müəyyən addımlar atmağa çalışdı. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını şərh edərkən deyib. Onun sözlərinə görə, müqavilə Ermənistanı Rusiyadan qoparmağa hədəflənib: “Trampın hakimiyyətə qayıdışı Ermənistan üçün çətinliklər yarada bilər. Çünki Tramp Ermənistan məsələsinə görə Rusiya ilə münasibətləri gərginləşdirmək istəməz. Buna görə də İrəvan hesab edir ki, bu müqavilələr Rusiyanın təsirinə qarşı Ermənistanı qorumaq üçün bir vasitə olacaq. İlk addım olaraq sərhədlərin qorunması ilə bağlı razılaşma əldə edilib. Yada salaq ki, Ermənistan Rusiya sərhədçilərini İranla sərhəddən çıxarıb. Türkiyə ilə sərhədlərin açılacağı təqdirdə Ermənistan həmin sərhədlərin mühafizəsini öz üzərinə götürəcəyini bəyan edib. Azərbaycanla sərhəddə isə Avropa Birliyinin mülki missiyası yerləşdirilib. Missiyanın hərbi-kəşfiyyat xarakter daşıdığına dair əsaslı şübhələr var”. Politoloq vurğulayıb ki, müqavilə uzunmüddətli perspektivə hesablansa da, Trampın hakimiyyəti dövründə fərqli istiqamətdə dəyişə bilər. T.Rzayevin fikrincə, bu sazişə İran və Rusiyanın mövqeyi önəmlidir: “İran kənar qüvvələrin regiona yerləşməsinə qarşıdır, indi isə AB missiyası ilə yanaşı, ABŞ hərbi kontingenti rəsmən Ermənistana yeridilir. O cümlədən Ermənistan hələ də KTMT və Aİİ-nin üzvüdür və bu baxımdan Rusiya bu məsələyə laqeyd qalmayacaq. Moskvanın Ukrayna müharibəsi ilə məşğul olması səbəbi ilə reaksiyası gecikə bilər, lakin Kremlin sərt cavabı qaçılmazdır”. Geri qayıt |