Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zirəddin ən qorxunc proqnozlarını açıqladı
Zirəddin ən qorxunc proqnozlarını açıqladıBu gün, 06:41 |
“Mən həmişə təyyarədə qorxu hissləri keçirirəm. Bu mənim özümdən asılı deyil. Psixoloji təhsilim olmasaydı, bəlkə də, təyyarəyə addım belə ata bilməzdim. Lakin öncədən özümü psixoloji olaraq hava səyahətinə hazırlayıram. 21 avqust 2023-cü ildə həm Azərbaycan, həm də Rusiya mediasına son zamanlar öncəgörmələrimin məni çox narahat etdiyini demişdim. İndi yeriyəndə mənə elə gəlir ki, bir göz qırpımında Yer kürəsi yerlə-yeksan olacaq. Göylərdən yerə təhdid gəlir”. Bu sözləri Globalinfo.az-a kliniki psixoloq-ekstrasens Zirəddin Rzayev deyib. Onun sözlərinə görə, Yer kürəsi sanki dinozavrların dövrünə qayıdır: “Göylərdən yerə od yağacaq, vulkanlar isə (susur)… 2030-cu ilə qədər planetimiz tarixdə görülməmiş təbii fəlakətlərlə üz-üzə qalacaq. 2025 və 2026-cı illərdə sunami olma ehtimalı çox böyükdür. Qeyd edim ki, avqust ayları xüsusi olaraq təhlükəli aylardır. Məni qorxudan ən önəmli görmələrim atom mərkəzlərindən birində təbii fəlakətlər nəticəsində böyük partlayışın yaranacağı dəhşətdir. İstəməzdim bu kəhanətlərlə mənə inananlara həyəcan yaşadım, amma təəssüf ki, bunları görürəm”. Zirəddin Rzayev deyib ki, bəlkə də baş verənlər Allahın insanlara qəzəbidir: “Bəlkə də biz hamımız buna layiq olduğumuz üçün fəlakət baş verir. Bəlkə də öz xeyirxahlığımızla, mərhəmət və imanımızla hər şeyi yaxşılığa doğru dəyişə bilərik. Axı Allahın qəzəbi olduğu kimi, mərhəmət və rəhmi də var”. Geri qayıt |