Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdiDünən, 14:13 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub. Anar Salahov Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib. Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb. Geri qayıt |