Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tibb bacısı necə ginekoloq oldu?

Tibb bacısı necə ginekoloq oldu?


Bu gün, 08:58
Tibb bacısı necə ginekoloq oldu?
"German Hospital"da əməliyyat zamanı doğum gününü qeyd edən həkimlə bağlı yeni faktlar ortaya çıxıb.
Ajans.az-ın əldə etdiyi məlumatlara görə, Ləman Əliyeva mama-ginekoloq olmazdan əvvəl tibb bacısı kimi fəaliyyət göstərib.

Bundan əlavə Ləman Əliyeva klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Dr. Əziz Rəfibəyovun həyat yoldaşıdır. Bu həm Ləman Əliyevanın həm də Əziz Rəfibəyovun ikinci evliliyidir, bu evlilikdən onların bir övladı dünyaya gəlib. Doğum günü qalmaqalında adı hallanan Ləman Əliyevanın ilk evliliyindən iki övladı var.

Ehtimal olunur ki, evlilikdən sonra Dr. Əziz Rəfibəyov həyat yoldaşını "German Hospital"da Cərrah-mama ginekoloq kimi təyin edib. Əziz Rəfibəyov isə "German Hospital"da Cərrah-mama ginekoloq və şöbə müdiri vəzifələrində çalışır.

Qeyd edək ki, bu hadisədən sonra Səhiyyə Nazirliyi tərəfindən “German Hospital”da plandankənar yoxlama keçirilib. Araşdırma zamanı inzibati qayda pozuntuları aşkarlanıb və 4 tibb işçisi hər biri 500 manat cərimə olunub. Səhiyyə Nazirliyi məsələyə dair əlavə tədbirlər görə biləcəyini açıqlayıb.

Geri qayıt