Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək

Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək


Bu gün, 06:22
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına sonuncu müsahibəsində Ermənistanla sülh danışıqları və mövcud problemlərə geniş yer verdi. Prezident İrəvanın hər vəchlə sülhdən yayındığını diqqətə çatıdırıb.

Ermənistan Baş naziri Nikol Paşinyan İlham Əliyevin xəbərdarlığına və təkliflərinə necə cavab verəcək? 17 maddəlik sülh sazişində mübahisəli 2 maddə razılaşdırıla bilərmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ermənistan-Azərbaycan münasibətləri kontekstində sülh müqaviləsi üzərindən bir-iki bəndin müzakirə edilməsi feyk kimi görünür:

“Ona görə ki prosesin kökündə bu iki bənd yox, sülh müqaviləsinə gətirəcək nəticənin baltalanması prosesi gedir. Hesab edirəm, prosesə bir az fərqli baxmaq, yeni ideyalar gətirmək lazımdır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində prosesi kifayət qədər əsaslandırdı. Bu açıqlamanın içərisində yeni perspektivlər, yeni münasibətlər forması var. Və bunu prezident açıqladı.

Bu gün əsas sual budur: Ermənistan dövlət olaraq nə qədər mövcud ola bilər? Dünyanın yeni xəritəsi Ermənistan kimi süni dövlətlərə ev sahibliyi etməyəcək. Azərbaycanla Türkiyə arasında süni şəkildə yaradılan bir dövlətin gələcəyi yoxdur.

Ermənistanın gec-tez nəsibi Azərbaycana bağlı federasiya olmaqdır. Bu halda İrəvan düşdüyü vəziyyətdən qat-qat yaxşı ola bilər. Əslində Ermənistan həqiqətən ona görə dövlət deyil ki, dövlətə xas prinsiplər onda yoxur. Ermənistanın iqtisadiyyatı, ordusu yoxdur”.

Ekspert deyib ki, Paşinyanın əvvəllər daha maraqlı fikirləri var idi:

“Son zamanlar isə Azərbaycanla münasibətləri normallaşdırmaq perspektivi gecikir. İranın arxasına qoşulan ölkələrin aqibəti bəllidir. Ermənistan Suriya, Yəmən, Livanın yolunu gedir. Zəngəzur dəhlizinin açılmaması Ermənistanın sonunu gətirəcək kimi görünür. Proses sülh müqaviləsinə getməmişdən öncə Zəngəzur əməliyyatı da ola bilər. Bu gün Azərbaycana Zəngəzur dəhlizini açmağa mane olacaq qüvvə yoxdur.”.
Geri qayıt