Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Competo” MMC-də yeni təyinat

“Competo” MMC-də yeni təyinat


Dünən, 10:59
“Competo” MMC-də yeni təyinat
“PASHA Holding” MMC-nin geniş profilli IT və biznes həlləri şirkəti “Competo” MMC-də (Umico layihəsi) təyinat olub.

Banker.az xəbər verir ki, Ruslan Həsənov “Competo” MMC-də Baş biznes əməliyyatları inzibatçısı təyin edilib.

O, bu vəzifənin icrasına 2025-ci ilin yanvar ayından başlayıb.

Ruslan Həsənov 2023-cü ilin oktyabr ayından indiyə kimi “PAŞA İnvestments” MMC-nin İnvestisiya Komitəsinin üzvü idi. O, əvvəllər “PAŞA Bank” və “Kapital Bank”da Böyük Kredit Komitəsinin üzvü olub.

Şirkət 2018-ci ilin sentyabr ayında təsis edilib. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunub.

“Competo” MMC-də yeni təyinat

Geri qayıt